Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Komitə sədri: Gənclərlə bağlı qanunvericiliyə dəyişikliklər gözlənilir
Gənclərlə bağlı qanunvericilikdə ciddi dəyişiklikləri vacib sayırıq. Dopinqdən istifadənin qarşısının alınması üçün qanunvericiliyin sərtləşdirilməsi ilə bağlı təkliflərimiz var.
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin (MM) Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev mətbuata açıqlamasında deyib.
“Yaşadığımız zaman elədir ki, dəyərlər, yanaşmalar, tələblər anbaan dəyişir. Ona görə də dünən ən mükəmməl şəkildə hazırlanmış, bütün tərəfləri ilə dövrün tələblərinə cavab verən qanunlarda bu gün dəyişiklik zərurəti yaranır.
Bu baxımdan, qarşıda görüləcək xeyli işlər var”, - deyən komitə sədrinin sözlərinə görə, ailə planlaşdırılması və reproduktiv sağlamlıqla bağlı qanunvericilikdə müəyyən addımların atılmasını zəruri sayırlar.
“Payız sessiyasının işlər planında xeyli sənədlər var. Hər bir halda istər qanunvericilkdə dəyişikliklərlə bağlı atılacaq addımlar, istərsə də nəzərdə tutulan digər tədbirlər insanlarımıza xidmət edəcək”, - deyə o əlavə edib.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
"Milli Məclis" teqi üzrə xəbərlər
- ƏHALİNİN NƏZƏRİNƏ: İpoteka kreditlərinin ilkin ödənişi azaldılır?
- Milli Məclisin deputatları Ədliyyə Nazirliyinin Probasiya xidmətində olublar
- Ermənistan ordusu mövqelərimizi niyə davamlı atəşə tutur? - SƏBƏBLƏR AÇIQLANDI
- Vüqar Bayramov: "Mediasiya prosesinə daha çox sahələrin cəlbinə zəmin yaranıb"
- Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı bayram münasibətilə təbrik edib