Kosta Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonsales Sans Azərbaycan Respublikasında rəsmi səfərdədir.
Xarici İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Manuel Qonsales Sansın Azərbaycan Respublikasında rəsmi səfəri 21 oktyabrda başa çatacaq.
Səfər çərçivəsində Manuel Qonsales Sansın Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.