Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Kral III Çarlz Muxtar Babayevi qəbul edib
Böyük Britaniyanın Kralı III Çarlz Azərbaycanın ekologiya naziri, COP29-un prezidenti Muxtar Babayevi qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə COP28-in (BƏƏ) sosial şəbəkə hesabında bildirilib.
"Bu gün Əlahəzrət Kral III Çarlz Klarens-hausda COP28-in prezidenti Sultan Əl-Cabir, COP29-un prezidenti Muxtar Babayev və Braziliyanın iqlim dəyişikliyi üzrə milli katibi Ana Toninin təmsil olunduğu COP Sədrlikləri üçlüyünü qarşılayıb", - paylaşımda qeyd olunub.
Vurğulanıb ki, COP Sədrlikləri üçlüyü COP-a ev sahibliyi edən dövlətlər arasında görünməmiş əməkdaşlıqdır. Onun məqsədi dinamikanı qorumaq, davamlılığı təmin etmək və COP-lar arasında tərəqqi körpüsü yaratmaqdır.
Today, His Majesty King Charles III welcomed the COP Presidencies Troika at Clarence House, represented by COP28 President, Dr. Sultan Al Jaber, COP29 President-Designate, Mukhtar Babayev, and Brazil’s National Secretary for Climate Change, Ana Toni.
— COP28 UAE (@COP28_UAE) July 26, 2024
The COP Presidencies Troika… pic.twitter.com/6G4ocnggZT
"COP29" teqi üzrə xəbərlər
- Direktor: "Azərbaycan informasiya mühitini çirkləndirmək istəyən müxtəlif dairələrin hədəfindədir"
- "Yaşıl artım portalı" karbonsuzlaşma üçün ən uyğun ölkələri müəyyən etməyə yardım olur
- Məşhur ingilis aktyor BMT-nin qala gecəsində Azərbaycandan bəhs edib
- COP29 "S&P"nin reytinq tərtibatına yanaşmasını dəyişib
- İki maddəlik Ermənistan: Müharibədə məğlub olan Paşinyan sülhü də uduzub