Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

KTN Aparatı və dövlət aqrar inkişaf mərkəzlərinin işçilərinin say həddi artırılıb
Kənd Təsərrüfatı Nazirliyi Aparatı və dövlət aqrar inkişaf mərkəzlərinin işçilərinin sayı artırılıb.
Oxu.Az President.az-a istinadla xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Kənd Təsərrüfatı Nazirliyi Aparatının işçilərinin say həddi 202 ştat vahidindən 212-yə, dövlət aqrar inkişaf mərkəzlərinin işçilərinin say həddi isə 867 ştat vahidindən 926-ya qaldırılıb.
"İlham Əliyev" teqi üzrə xəbərlər
Ən çox oxunanlar