Gürcüstan baş nazirinin müavini və xarici işlər naziri Georgi Kvirikaşvilinin Azərbaycana səfəri başlayıb.
Xarici İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, rəsmi səfər çərçivəsində G.Kvirikaşvilinin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.