Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Lavrov Ermənistanı Azərbaycanla normallaşma istiqamətində irəliləyiş əldə etməməkdə ittiham edib
“Ermənistanla Azərbaycan arasında normallaşma istiqamətində irəliləyişin olmaması Qərbin məsləhəti ilə oturub-duran İrəvanın mövqeyindən qaynaqlanır”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov 2023-cü ildə Rusiya diplomatiyasının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
“İrəvanın kimdən məsləhət aldığını bilmirəm, amma Rusiya-Ermənistan-Azərbaycan əməkdaşlığının marşrutların açılması, sərhədlərin delimitasiyası, sülh müqaviləsinin hazırlanması ilə nəticələnəcəyini anlayan kimi Avropa İttifaqı, Fransa, Almaniya və ABŞ-nin dərhal bu proseslərə dəvətsiz sızmağa başladıqlarını gördük”, - deyə Lavrov bildirib.
“Azərbaycan Rusiya platformasında sülh müqaviləsi imzalamağa hazırdır – bu, faktdır. İrəvanın buna nə dərəcədə hazır olduğu hələ məlum deyil”, - nazir əlavə edib.
Mənbə: TASS
"Almaniya" teqi üzrə xəbərlər
- Almaniyada terror aktı törədən islamofob şəxslə bağlı yeni detallar AÇIQLANDI
- Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verdi
- Ştaynmayer Almaniya Parlamentinin buraxılma tarixini açıqladı
- Almaniyada Şolts hökumətinə son: Erkən seçim prosesi başladı
- Almaniyada siyasi böhran: Bundestaq Şolts hökumətinin taleyini həll edəcək