Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Lavrov: İcmalar arasında təmaslar bərpa olunmalıdır
Rusiya Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərlərinin müəlliflərindən biri olub.
Oxu.Az-ın məlumatına görə, bunu Xarici İşlər naziri Elmar Məmmədyarov və Rusiya Xarici İşlər naziri Sergey Lavrovun görüşündən sonra tərəflərin keçirdiyi mətbuat konfransında S.Lavrov bildirib.
Onun sözlərinə görə, bütün tərəflər humanitar əlaqələrin həyata keçirilməsində razılaşmışdı:
“Həm Vyana sammitində, həm sonradan nazirlərin Moskva görüşündə etimad tədbirləri, humanitar əlaqələrin, KİV-lə əlaqələrin nizamlanması barədə əldə edilmiş razılaşmaların həyata keçirilməsində maraqlıyıq. İstənilən qərar bu torpaqlarda yaşayan insanlar tərəfindən qəbul olunmalıdır. Ona görə ünsiyyət nə qədər çox olsa, razılaşmalar daha dayanaqlı olacaq”.
S.Lavrov qeyd edib ki, icmalar arasında da təmaslar bərpa olunmalıdır:
“Qarabağın bütün əhalisi gələcək haqqında qərar verməlidir”.
zİlhamə Əbülfət