İsrail parlamentinin nümayəndə heyəti Azərbaycanda keçirilən Parlament seçkilərinin yekunlarına dair mətbuat konfransı keçirib.
Oxu.Az xəbər verir ki, parlament deputatı, keçmiş xarici işlər naziri, heyət rəhbəri Aviqdor Liberman Azərbaycanda Parlament seçkilərinin yüksək səviyyədə keçirildiyini qeyd edib:
“İsrail parlamenti Azərbaycandakı seçkiləri 4 müşahidəçi ilə izləyib.
Hesab edirəm ki, Azərbaycan dünyada mövcud olan ən yüksək standartlara uyğun seçki keçirib. Mən müxtəlif ölkələrdə müşahidəçi qismində seçkilərdə iştirak etmişəm. Əsas meyarlar: namizdələrin sayı, şəffaflıq və s. görə, bu seçkilər bütün iştirakçılar üçün bərabər imkanlar ilə standartlara uyğun keçirilib.
Biz bir daha bütün dünyada mövcud olan yüksək standartları vurğulamaq istərdik. Biz gənc Azərbaycan Respublikasının qısa zaman ərzində seçkilərin keçirilməsində belə yüksək nailiyyətlər əldə etməsinə sevinirik.
Mən ATƏT-in normal nümayəndə heyətini göndərməməsi, və ya seçkilərin demokratikliyini təsdiqləməmək üçün heç bir səbəb görmürəm. Amma təəssüf ki, bu, bizim beynəlxalq arenada gündəlik həyatımızdır”.