Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Lider namizədlər üçün gerisayım başlayır
Bu gün saat 10:00-da Konstitusiya Məhkəməsinin Plenumunun Milli Məclisə seçkilərin nəticələrinin yoxlanılması və təsdiqlənməsi üzrə iclası keçiriləcək.
Oxu.Az-ın məlumatına görə, iclasda Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun və qurumun üzvlərinin iştirakı da gözlənilir.
Dairə seçki komissiyalarının protokolları Seçki Məcəlləsinin tələblərinə cavab versə, Konstitusiya Məhkəməsi seçkilərin yekunlarını təsdiq edəcək.
Konstitusiya Məhkəməsinin Plenumu yoxlama nəticəsində nəticələrin bütövlükdə təsdiq edilməsi, qismən təsdiq edilməsi və ya təsdiq edilməməsi barədə hakimlərin beş səs çoxluğu ilə qərar qəbul edə bilər.
Qeyd edək ki, Azərbaycanda bu ilin fevralın 9-da növbədənkənar parlament seçkiləri keçirilib.
MSK 33 saylı Xətai Birinci, 35 saylı Xətai Üçüncü, 74 saylı Lənkəran Kənd və 80 saylı İmişli-Beyləqan Seçki dairələrində seçkinin nəticələrini etibarsız sayıb.
125 seçki dairəsi üzrə 87 məntəqə buraxılıb, 328 məntəqənin nəticələri ləğv edilib.
Aqşin Kərimov
"Beyləqan" teqi üzrə xəbərlər
- Biləsuvarda həyətdə kişi meyiti tapılıb
- Beyləqanda vəzifəli şəxs zəhərlənərək öldü: Həyat yoldaşının VƏZİYYƏTİ AĞIRDIR
- Azərbaycanda şagird sinif yoldaşının atası tərəfindən döyüldü: Ekspertiza təyin olundu
- Beyləqanda 69 yaşlı kişi həmkəndlisinə silahla xəsarət yetirib
- Beyləqanda prokurorluq əməkdaşı ağır qəzada həlak oldu