Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Lusine Aroyan-Dalakyan: “Paşinyana görə Qarabağla bağlı debatlarda rüsvayçılıqla uduzduq”
Şənbə günü Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan liderləri arasında keçirilən açıq görüş erməni Baş nazir Nikol Paşinyan üçün əsl məğlubiyyət oldu – o, “qədim Ermənistan” haqqında miflərə, dəfələrlə səhvləri və yalanları ifşa olunmuş mənbələrə istinad edib, öz sözlərini sənədlər və tutarlı arqumentlərlə gücləndirməyib, nitqini öz mesajlarından daha çox Azərbaycan Prezidentinə etirazlar üzərində qurub.
Danışıqların sonunda zal onun sözlərinə gülməyə başlayıb. Bu fakt həm Ermənistanda, həm də erməni diasporunda etiraf edilib.
Oxu.Az xəbər verir ki, Paşinyanın məğlubiyyəti barədə ən hərarətli çıxış edənlərdən biri “Facebook” hesabı vasitəsilə məsələyə münasibət bildirən “Ümumerməni Milli Konsensusu”nun həmsədri Lusine Aroyan-Dalakyan olub.
“Mətbuat konfransını izləyirəm. Biz rüsvayçılıqla uduzduq. Əgər erməni olmasaydım, Əliyevə inanardım. O, çox hazırlıqlıdır, jestlərin dili məharətlə seçilib. Paşinyan isə heç bir suala tam cavab vermədi, əks-zərbə endirmədi”, - Aroyan-Dalakyan vurğulayıb.
“İlham Əliyev Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu sübut etdi. Paşinyan bu sahədə zəruri biliklərə sahib deyildi və yarımçıq cavabları onu gülünc vəziyyətə qoydu.
O, həmçinin, Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılmasının imkansızlığı barədə heç nə deyə bilmədi. Yaxşı ki, sonra Böyük Tiqran köməyə çatdı. Lakin qələbə artıq Əliyevin idi”, - Lusine Aroyan-Dalakyan vurğulayıb.
Siyasətçi əlavə edib ki, Paşinyan Xankəndinin tarixi barədə heç nə deməyib və publikadan özünün “mikroinqilabları” barədə suallar verilməsini istəyib. Bununla da zəif müzakirəçi kimi acınacaqlı təəssürat yaradıb.
"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistanda üç avtomobil toqquşdu, Fransa səfirliyinin əməkdaşı xəstəxanalıq oldu
- Bu xəbərləri qaçırmayın: 22.11.2024-ün ən mühüm hadisələri
- İran diplomatı "Yaşasın Ermənistan!" deyir
- Ermənistanda ikiüzlü davranış: döyülən təbrizli: Azğın fransız hərbçilər
- Ermənistanda Təbriz sakini azərbaycanlı olduğuna görə dəfələrlə döyülüb