"Slovakiyanın Baş naziri Robert Fitsonun həyatına sui-qəsd onun rəqibləri - liberal KİV və siyasətçilər tərəfindən ölkədə başladılan nifrət kampaniyasının nəticəsidir".
Bunu jurnalistlərə müsahibəsində Macarıstanın xarici işlər və iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.
Siyarto qeyd edib ki, baş nazirin partiyasının sülhü müdafiə etməsi opponentlərin xoşuna gəlməyib.
"Baş nazir Fitsonun partiyası seçkidə qalib gəldikdən sonra ona qarşı nifrət kampaniyası başladı. 21-ci əsrin əvvəllərində Mərkəzi Avropada baş nazirə beş güllə. Bu, ağlasığmazdır", - deyə Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib.
Mənbə: ont.by