Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Makrona son zərbə: Yeni Kaledoniya Fransaya qarşı üsyan edir - FOTO
Rusiyanın news.ru portalı hazırda Yeni Koledoniyada baş verənləri Fransa prezidenti Makronun nüfuzuna vurulmuş son zərbə kimi qiymətləndirib.
Mövzu ilə bağlı geniş material təqdim edən resurs ekspertlərin rəyi ilə maraqlanıb.
Sankt-Peterburqdakı Uzaq Şərq ölkələrinin öyrənilməsi mərkəzinin rəhbəri Kirill Kotkov news.ru-ya bildirib ki, adanın avtoxton əhalisi - kanaklar - əhalinin 40%-dən azını təşkil edir və onlar daim müstəqillik haqqında düşünürlər:
“Müstəqillik hərəkatı 20-ci əsrin ikinci yarısından bəri mövcuddur. İndiki iğtişaşların eynisi hələ 80-90-cı illərdə baş verib”.
Onun sözlərinə görə, yerli ada sakinləri muxtariyyət statusundan razı deyillər:
“Adanın qalan sakinləri etnik fransızlardır ki, onlar da hakimiyyət kimi əksər hallarda koloniyanı Beşinci Respublikanın tərkibində saxlamaq istəyirlər”.
“Yeni Kaledoniya təbii ehtiyatlarla zəngindir. Burada ən böyük nikel yatağı da var. Bundan əlavə, ada strateji mövqeyə malikdir: Solomon adaları ilə Yeni Zelandiya arasında, Mərcan dənizinin şərq hissəsində. Bütün bunlar Paris üçün çox vacibdir”, - deyə Kotkov izah edib.
Rusiya Dövlət Dumasının Ekologiya, Təbii Sərvətlər və Ətraf Mühitin Mühafizəsi Komitəsinin üzvü Cəmaləddin Həsənov qeyd edib ki, Yeni Kaledoniya Rusiya Federasiyasının sərhədlərindən uzaqda yerləşir, lakin Rusiya parlamenti bu adalardakı vəziyyəti diqqətlə izləyir.
Onun fikrincə, Fransa rəhbərliyinin kanaklar üçün bütün “narahatlığı” adalarda nikel hasilatı ehtiyacı ilə bağlıdır.
“Fransa üçün Yeni Kaledoniya itirmək istəmədiyi mühüm bir müstəmləkədir. Eyni zamanda, adada hər dördüncü insan yoxsulluq həddinin altında yaşayır. Qeyd edək ki, ada özünü Fransa hərbi bazalarının yerləşdiyi Sakit okean dövləti hesab edir. Bu gün Hind-Sakit Okean regionu qlobal iqtisadi inkişafın mərkəzinə çevrilir. Ona görə də Fransanın Yeni Kaledoniyanı saxlaması vacibdir. Onu itirmək bir siyasətçi kimi Makron üçün, ümumilikdə isə müstəmləkəçi dövlət kimi bütün Fransa üçün son zərbə olacaq”, - deyə Həsənov news.ru-ya bildirib.
Deputat qeyd edib ki, Makron və komandası yerli əhalinin maraqlarını nəzərə almır və onların onsuz da “məhdud hüquqlarını” pozan qanun layihələri qəbul edir.
“Qoşunların yerləşdirilməsi kimi absurd və təhlükəli qərarların qəbul edilməsi təəccüblü deyil”, - deyə Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin news.ru-ya bildirib.
Onun sözlərinə görə, belə bir qərar təkcə Yeni Kaledoniya regionunda deyil, bütün dünyada gərginliyin artmasına gətirib çıxarır.
“Bu, ümumi vəziyyətin pisləşməsi və bir vaxtlar Fransa kimi nüfuzlu ölkələrə inamsızlığın artmasıdır. Biz hadisələri izləyəcəyik. Amma arzu olunandır ki, Yeni Kaledoniyaya qoşun yeridilməsi beynəlxalq ictimaiyyətdən müvafiq qiymət alsın. Əminəm ki, bu, BMT də daxil olmaqla, bundan sonra baş verəcək”, - deyə Karasin proqnozlaşdırıb.
Azərbaycan Milli Məclisinin deputatı Rasim Musabəyov news.ru-ya bildirib ki, bu adalar müstəmləkəsizləşdirilməli olan ərazilər siyahısındadırlar, lakin Fransa adanın sərfəli mövqeyini nəzərə alaraq, orada müstəqillik elan etmək istəmir.
Onun sözlərinə görə, Paris bu ərazilərin etnik tərkibinin yerli əhalinin xeyrinə dəyişməməsi üçün hər şeyi edir. O qeyd edib ki, Bakının etirazçılara hansısa formada dəstək verməsi ilə bağlı faktlar yoxdur.
“Fransa Senatı, prinsipcə mövcud olmayan qondarma “Artsaxın” müstəqilliyini tanımağa çağırıb, lakin BMT Baş Assambleyasının qəbul etdiyi dekolonizasiya siyahılarında olan müstəmləkə ərazisinə müstəqillik verilməsini mümkünsüz sayır. Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində mənəvi və siyasi dəstək verir. Bu assosiasiya çox güclü anti-müstəmləkəçilik oriyentasiyasına malikdir”, - deyə deputat xatırladıb.
“Azərbaycanın sədrliyi dövründə Yeni Kaledoniya sakinləri kömək üçün Bakıya üz tutdular və biz bu əhaliyə dəstək olmağa çalışdıq. Azərbaycanın etirazçıları maliyyələşdirməsi və ya silahla təmin etməsi ilə bağlı heç bir fakt yoxdur, liderləri Bakıdan xəbərsiz Qarabağa səfər edən Fransa hökumətindən fərqli olaraq”, - deyə Musabekov yekunlaşdırıb.
"Yeni Kaledoniya" teqi üzrə xəbərlər
- Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər dünya mediasının diqqət mərkəzində
- Prezident İlham Əliyevin Dmitri Kiselyova müsahibəsi Gürcüstan mediasının diqqət mərkəzində
- Prezident İlham Əliyev: "Hazırda Makron rejimi Fransanı uğursuz dövlətə çevirir"
- Bakı Təşəbbüs Qrupu Roma Papasına məktub ünvanlayıb
- Fransalı deputat: "Bizdə siyasi məhbuslar var"