Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Makronun antitezisinin qorxunc simaları
"1789-cu ildə fransız xalqının nifrət etdiyi Bastiliya qalası "Azadlıq, bərabərlik, qardaşlıq" şüarı altında dağıdılanda və illər sonra (öz amansızlığına görə mənasız olsa da, buna baxmayaraq, məhz tiranlıq dövrünün sonu kimi tarixə düşən) əvvəlcə XVI Lüdovikin, sonra isə kraliça Antuanettanın gilyotində edam edilməsi baş verəndə əsarət altında olan dünya Fransaya məhz həmin azadlıq, həmin bərabərlik və həmin qardaşlıq uğrunda mübarizənin bayraqdarı kimi baxdı".
Bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjetdə bildirilir.
Müəllifin sözlərinə görə, "Marselyoza", Paris Kommunası, Üçüncü Respublika, Aleksandr Düma, Viktor Hüqo, Ejen Delakruanın rəssamlığı, nasist işğalı illərində Müqavimət hərəkatı... kimi adlar və adlandırmalar bütün planetdə milyonlarla insanın şüuruna məzlumların öz vətəndaş hüquqları və azadlıqları uğrunda mübarizəsinin simvolları kimi möhkəm daxil olub.
"Ah, Paris, Paris!.." Demək olar ki, hər kəs - Avropanın ən gözəl və bir zamanlar ən təmiz paytaxtında heç olmasa bir dəfə olmaq arzusu ilə, ya da artıq küçələrində qayğısızca gəzmək xoşbəxtliyi nəsib olmuş şəxslər - bu sözləri deyərək, nostalji ilə ah çəkirdi. Təəssüf ki, zaman axır və çox şey dəyişir. Bu romantikadan bu gün, demək olar ki, heç nə qalmayıb. Paris bu günlərdə peyində batır, Sena çayının suları xəstəliktörədici bakteriyalarla doludur, Fransa paytaxtının hotelləri taxtabitilər, şəhərin küçələri isə cəmiyyətdən təcrid olunmuş quldurlar və insan simasını itirmiş narkomanlarla doludur. Və əgər balığın çürük quyruğu ilə, əlbəttə ki, şəhər hakimiyyətinin, sanitar və hüquq-mühafizə orqanlarının istəyi, peşəkarlığı və iradəsi olduqda hələ birtəhər başa çıxmaq mümkündürsə, onun Yeliseydə çürüyən başı ilə nə etmək olar?" - deyə videoda vurğulanır.
Daha ətraflı süjetdə:
"Emmanuel Makron" teqi üzrə xəbərlər
- Cina Valderrama: "Qlobal Şimalın ayıracağı milyardlar, sadəcə, qırıntılardır"
- Rəsmi Bakıdan Fransaya etiraz: Qərəzli mövqenin uğursuz sonu
- Fransada solçular yenidən Makronun impiçmenti prosedurunu başladıblar
- Hulusi Kılıç: "Jozep Borrel Azərbaycana qarşı təbliğata görə cavab verməlidir"
- Makron və Borrelin siyasi iflası: Parisin boykot olunan COP29 çağırışı