Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Malayziya kralı İlham Əliyevə başsağlığı verdi
Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
President.az xəbər verir ki, məktubda deyilir:
"2024-cü il dekabrın 25-də "Azərbaycan Hava Yollarına" məxsus təyyarənin Qazaxıstanda faciəvi şəkildə qəzaya uğraması xəbəri məni və Kraliça Raca Zarit Sofianı dərindən kədərləndirdi.
Həlak olanların ailələrinə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk. Bu çətin zamanda düşüncələrimiz və dualarımız yaxınlarını itirmiş insanlarladır. Eyni zamanda, yaralananların tezliklə sağalmalarını arzu edirik.
Qoy Azərbaycan xalqının gücü və birliyi ona bu ağrı-acılı günlərdə kömək olsun!"
"İlham Əliyev" teqi üzrə xəbərlər
- İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindən videoçarx paylaşıb
- İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
- Prezident İlham Əliyev Rebeka Qrinspanı qəbul edib
- İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunu qəbul edib
- İlham Əliyev Beynəlxalq Enerji Agentliyinin icraçı direktorunu qəbul edib