Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Mariya Zaxarova: "Fransanı Yeni Kaledoniyada zorakılıqdan çəkinməyə çağırırıq"
"Rusiya Fransanı Yeni Kaledoniyada etirazçılara qarşı əsassız zorakılıqdan çəkinməyə çağırır".
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
"Parisi Yeni Kaledoniyanın və nəzarəti altında olan digər dənizaşırı ərazilərin yerli əhalisinin hüquq və azadlıqlarına riayət olunmasını təmin etməyə çağırırıq. Onun digər ölkələrə təqdim etdiyi tələblər tamamilə əsassızdır", - deyə Zaxarova bildirib.
M.Zaxarova qeyd edib ki, Yeni Kaledoniyada baş verən hadisələr keçmiş ziddiyyətlərin və yerli sakinlərin vəziyyətdən narazılıqlarının artmasının nəticəsidir:
"Yerli əhali Fransanın bu dənizaşırı ərazisinin 40%-ni təşkil edir. Bütün bunlar Fransanın indi dənizaşırı ərazilər adlandırılan keçmiş müstəmləkələri ilə bağlı siyasətinin dalana dirəndiyini və həqiqətən də, Parisin müstəmləkə və imperiya təfəkkürünün davamı olduğunu təsdiqləyir".
"Mariya Zaxarova" teqi üzrə xəbərlər
- Zaxarova: "Aİ Cənubi Qafqaza hibrid müharibənin növbəti cəbhəsi kimi baxır"
- Zaxarova: "Minsk konfransının bütün strukturları buraxılmalıdır"
- Rusiya sərhədlərin delimitasiyası üzrə təcrübəsini Azərbaycan və Ermənistanla bölüşməyə hazırdır
- Zaxarova: "Ermənistanda Aİ missiyası ölkələrə qarşı işləyən monitorinq casuslarıdır"
- Zaxarova: "Rusiyaya "Taurus" zərbəsi Almaniyanın münaqişəyə birbaşa müdaxiləsi olacaq"