MDB ölkələrinin hökumət başçılarının Sammiti oktyabrın 16-da Astanada keçiriləcək.
Oxu.Az “tengrinews.kz”-a istinadən xəbər verir ki, bu barədə MDB ölkələrinin hökumət başçılarının iclasının nəticələri üzrə brifinq zamanı MDB İcra Komitəsinin sədri Sergey Lebedev deyib.
Onun sözlərinə görə, Sammitdən bir gün öncə MDB dövlətlərinin xarici işlər nazirlərinin görüşü baş tutacaq.
Xatırladaq ki, daha öncə iclasın oktyabrın 9-da keçirilməsi planlaşdırılmışdı.