Azərbaycan prezidenti İlham Əliyev məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında sərəncam imzalayıb.
Oxu.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncama əsasən, 2013-cü il sentyabrın 1-dən məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin məbləği 10 faiz artırılır.
Dövlət başçısı Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etməyi tapşırıb.