Azərbaycan prezidenti İlham Əliyev mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması barədə sərəncamlar imzalayıb.
Oxu.Az dövlət başçının rəsmi saytına istinadən xəbər verir ki, mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2013-cü il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılır.
Dövlət başçısı Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etməyi tapşırıb.
Digər bir sərəncamla dövlət başçısı İlham Əliyev fəxri adlara görə aylıq təqaüdləri artırıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında xidmətlərinə və yüksək peşə ustalığına görə fəxri adlara layiq görülmüş şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə fəxri adlara görə aylıq təqaüdlərin məbləği 2 dəfə artırılaraq “Xalq” fəxri adı üçün 100 (yüz) manat, “Əməkdar” fəxri adı üçün 60 (altmış) manat müəyyən edilib.