Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının mədəniyyət xadimlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri olan aşağıdakı şəxslər təltif ediliblər:
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Məmmədəliyeva Sevda Yusuf qızı
“Tərəqqi” medalı ilə
Abbasov Qabil Əfqan oğlu
Cəfərova Könül Elxan qızı
Haşımov Emin Mirhaşım oğlu
Hüseynova Azada Cəlil qızı
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
Hacıyev Əbülfət Mustafa oğlu
Mədətov İmran Abiboviç
Məmmədova Leyla Mir İsmət qızı
Novruzova Vəfa Məmməd Kamal qızı
Dövlət başçısının digər fərmanına əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri olan aşağıdakı şəxslərə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib:
Həsənova Sima Əkbər qızı
Hüseynli Yaşar Şamil oğlu
Kərimova Lalə Sabir qızı.