Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
MEDİA: "XİN-in adından yayılan feyk məlumat ölkəmizə qarşı dezinformasiya kampaniyasıdır"
Bir sıra sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının Prezidentinin "deep-fake" texnologiyalarından istifadə edilərək hazırlanmış saxta videomüraciəti yerləşdirilib, habelə Xarici İşlər Nazirliyi adından "Azərbaycan Hava Yollarına" məxsus sərnişin təyyarəsinin Aktauda qəzaya uğraması ilə əlaqədar həqiqəti əks etdirməyən, feyk məlumat yayılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlamasında bildirilib.
"Qəti şəkildə bildirmək istəyirik ki, heç bir reallığı əks etdirməyən bu saxta məlumatlar mərkəzləşdirilmiş qaydada Azərbaycanın informasiya mühitinə müdaxilə xarakteri daşıyan dezinformasiya kampaniyasının tərkib hissəsidir.
Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa çağıraraq xatırladırıq ki, Azərbaycan Respublikasının Prezidentinin rəsmi saytı və sosial media hesabları daim aktivdir və dövlət başçısının fəaliyyətini operativ formada işıqlandırmaqdadır. Eyni zamanda, dövlətin rəsmi mövqeyini ifadə edən müvafiq məlumatları Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi saytı və sosial media hesablarından əldə edə bilərsiniz.
Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bir daha bu kimi hallara qarşı hər zaman prinsipial mövqe nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik", - açıqlamada bildirib.
"Azərbaycan Hava Yolları QSC (AZAL)" teqi üzrə xəbərlər
- Rusiyanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət olunub
- Primakovun Baku TV-yə qarşı təhdidlərinin arxasında nə dayanır?
- AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı saxta MƏLUMAT YAYILDI
- AZAL təyyarəsinin qəzasında yaralananların son durumu AÇIQLANDI
- "Uzbekistan Airways" AZAL təyyarəsinin qəzasından sonra Avropaya Azərbaycan üzərindən uçur?