Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Bu barədə AZƏRTAC məlumat yayıb.
Sərəncamda qeyd edilib ki, Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi tamam olur.
Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı. Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində mühacirətdə də o, müstəqil Azərbaycan arzusu ilə yaşamış və mübarizə aparmışdır.
İmzalanmış sənədə əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirməlidir.
"Mədəniyyət Nazirliyi" teqi üzrə xəbərlər
- Bakının mərkəzində illərdir gizli qalan tarixi abidə
- Nazir müavini: "Dostlar Qrupu"nun hüquqi fəaliyyəti TƏSDİQLƏNDİ
- COP29 çərçivəsində Azərbaycan pavilyonunda "İqlim üçün mədəniyyət" adlı tədbir keçirilib
- Mədəniyyət naziri Adil Kərimli türkiyəli həmkarı ilə görüşüb
- "CineMastercard" kinoteatrında "Tağıyev: Neft" filminin təqdimatı keçirilib