Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Məhəmməd Hüseyn Baqeri Azərbaycanla sərhədə qoşun toplanması məsələsinə aydınlıq gətirib - VİDEO
Sentyabrın 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri arasında telefon danışığı olub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, tərəflər regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.
General-leytenant M.H.Baqeri öz növbəsində bəzi qüvvələrin ölkələrimiz arasında mövcud olan dostluq və mehriban qonşuluq münasibətlərinə xələl gətirmək məqsədilə guya İranın Azərbaycanla sərhədə canlı qüvvə və hərbi texnika toplaması, müxtəlif təlimlər həyata keçirməsi ilə bağlı yaydıqları yalan məlumatların heç bir real əsası olmadığını vurğulayıb.
Telefon danışığı zamanı, həmçinin, ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.
"İran" teqi üzrə xəbərlər
- Məsud Pezeşkian İrandakı təhsil haqqında: "Xalqla danışmağa cəsarət etmirəm"
- İranda həbsdə olan Almaniya vətəndaşı dörd ildən sonra azadlığa buraxıldı
- "Haber Global": İranı kimlər hədəfə çevirdilər?
- İran Suriya üzrə xüsusi nümayəndə təyin edib
- İranın paytaxtının köçürülməsi 37 milyard dollara başa gələ bilər