Birinci vitse-prezident Mehriban Əliyeva “Instagram” hesabında Xalq artisti Əlibaba Məmmədovun vəfatı ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir:
“Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Əlibaba Məmmədovun vəfatı mədəniyyətimiz, bütün xalqımız üçün böyük və əvəzsiz itkidir. O, yaşından asılı olmayaraq, kiçikdən böyüyə hər kəsin sevdiyi əsl Xalq artisti idi. Onun bəstələdiyi gözəl mahnılar məharətlə ifa etdiyi muğamlarla birgə milli musiqi irsimizi daha da zənginləşdirmişdir. Əlibaba Məmmədovun xoş, nurlu xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Allah rəhmət eləsin”.
View this post on Instagram
"Mehriban Əliyeva" teqi üzrə xəbərlər
- Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gedib
- Hikmət Hacıyev: "İlham Əliyev və Mehriban Əliyeva Vyetnama səfər edəcəklər" - Foto
- "Yüksəliş": İnsan kapitalına strateji sərmayədən milli idarəçilik irsinə - Foto
- Növbəti köç Zəngilanın Cahangirbəyli kəndinə çatıb - Foto
- Mehriban Əliyeva Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib - Foto
Digər xəbərlər