Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə Azərbaycan xalqını təbrik edib.
Bu barədə o, “İnstagram” hesabında paylaşım edib.
Paylaşımda deyilir:
“Müqəddəs Ramazan ayının başlanması münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! Qoy mübarək Ramazan ayı ürəklərdə saf duyğular və xoş niyyətlər oyatsın, hər bir ocağa ruzi-bərəkət, hər kəsin ailəsinə sağlıq, sevinc, səadət və əmin-amanlıq gətirsin! Uca Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin!
Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN”.
View this post on Instagram
"Mehriban Əliyeva" teqi üzrə xəbərlər
- Birinci vitse-prezident Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib - Foto
- Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib - Foto
- Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video
- İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar - Foto/Video
- Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - Foto
Digər xəbərlər