Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Meksikanın XİN başçısı Azərbaycanın COP29-a sədrliyi barədə məlumatlandırılıb
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Meksikanın xarici işlər naziri Alisiya Barsena ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
Görüşdə iki ölkə arasında elm, səhiyyə, mədəniyyət, təhsil, idman və turizm sahələrində əlaqələrin inkişafı üçün mövcud imkanların araşdırılmasının zəruriliyi vurğulanıb.
Ceyhun Bayramov həmçinin həmkarına Azərbaycanın COP29-a ev sahibliyi edəcəyi barədə məlumat verib.
On the sidelines of #UNGA79, Foreign Minister of #Azerbaijan 🇦🇿 @Bayramov_Jeyhun met with @AliciaBarcena, Foreign Minister of #Mexico🇲🇽.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) September 23, 2024
Necessity to explore existing opportunities for the development of relations between the two countries in the fields of science, health,… pic.twitter.com/5IeI4cZsFu