Azərbaycan, Türkiyə və Türkmənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Mevlut Çavuşoğlu və Rəşid Meredov avqustun 28-də Antalyada görüşəcəklər.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç məlumat verib.
Onun sözlərinə görə, XİN başçılarının görüşündə Aşqabad toplantısında qəbul olunmuş qərarların icrası barədə fikir mübadiləsi aparılacaq.
Xatırladaq ki, bu ilin yanvarın 29-da Aşqabadda keçirilmiş üçtərəfli görüşdə əməkdaşlığın siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə inkişafına dair ətraflı müzakirələr aparılıb.