Bu gün səhər saat 08:00-dan etibarən 35 saylı Xətai rayon seçki dairəsinin 56 saylı tam orta məktəbdə yerləşən 7 saylı seçki məntəqəsində seçicilərin fəallığı müşahidə olunur.
Məntəqə sədri Sevinc İsgəndərova Oxu.Az-a bildirib ki, məntəqədə 1476 seçici var:
"Həmçinin, məntəqədə 2 daşınmaz qutu var, daşınar qutu isə yoxdur. Seçki prosesinin başlanmasından qısa müddət keçməsinə baxmayaraq, məntəqədə seçicilərin fəallığı müşahidə olunur".
Anar Həsənov