Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanunun tətbiqi haqqında sərəncam imzalayıb.
Oxu.Az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının Mərkəzi Bankının Nizamnamə kapitalı 50 dəfə artırılaraq, 500 milyon manata çatdırılır.
Qeyd edək ki, bundan əvvəl AMB-nin kapitallaşması 10 milyon manat təşkil edirdi.
E.Ə.
www.oxu.az