Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Məzahir Pənahov: Səsvermə baş tutdu
Milli Məclisə keçirilən seçkilərin 5547 məntəqənin hər birində vaxtında – saat 8.00 başlandığını, 19.00-da isə başa çatdığını bildirib.
Oxu.Az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri sədri Məzahir Pənahov deyib:
“Ölkə üzrə ümumi seçici fəallığı 55,7 faizdir.Yəni 5 milyon 198 min 658 seçicinin 2 milyon 897 min 188-i seçkidə iştirak edib. Bu isə ötən parlament seçkilərindən təxminən 6 faizə qədər çoxdur. Deyə bilərik ki, bütün məntəqələrdə səsvermə baş tutdu”, - MSK sədri bildirib.
M. Pənahov qeyd edib ki, istənilən şəxs veb-kameralar vasitəsi ilə arası kəsilmədən görüntülər əldə etmək imkanı qazanıb:
“Nəticədə MSK-ya heç bir şikayət daxil olmayıb. Qaynar xəttimizə təxminən 150-yə yaxın sorğu xarakterli müraciət daxil olub. Sonrada daxil olacaq müraciətlərə isə Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq baxılacaq”.
"Milli Məclis" teqi üzrə xəbərlər
- Milli Məclisdə kadr dəyişikliyi olub
- Deputatdan həmkarına dəstək: "Boşanmış biri normal məsləhət VERƏ BİLMƏZ"
- ƏHALİNİN NƏZƏRİNƏ: İpoteka kreditlərinin ilkin ödənişi azaldılır?
- Milli Məclisin deputatları Ədliyyə Nazirliyinin Probasiya xidmətində olublar
- Ermənistan ordusu mövqelərimizi niyə davamlı atəşə tutur? - SƏBƏBLƏR AÇIQLANDI