Milli Məclis Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatını qəbul edib.
Oxu.Az xəbər verir ki, müzakirələrdən sonra deputatların böyük əksəriyyəti sənədin lehinə səs veriblər.
11:10
Azərbaycanın Baş naziri Əli Əsədov və hökumət üzvləri Milli Məclisdə toplanıb.
Oxu.Az-ın məlumatına əsasən, parlamentin iclasında Nazirlər Kabinetinin 2021-ci il üzrə hesabatı müzakirəyə çıxarılacaq.
İclasda Baş nazir Əli Əsədovun hesabatla çıxış edəcəyi gözlənilir.
Aqşin Kərimov