Azərbaycanda dövlət qeydiyyatına alınmayan, dövlət reyestrinə daxil edilməyən xarici ölkələrin qeyri-kommersiya təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyəti qadağan ediləcək.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Milli Məclisdən verilən məlumata görə, bununla bağlı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunun 4.1-ci maddəsinə xüsusi əlavə edilir.
Edilən əlavəyə görə, xarici dövlətlərin qeyri-kommersiya təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatına alınmadan və dövlət reyestrinə daxil edilmədən fəaliyyət göstərməsi qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olacaq.
Sənəd cari sessiyada müzakirəyə çıxarılacaq.