AXCP ötən həftə sonundan etibarən Milli Şuranın vahid namizədinin seçki hesabına marafon keçirib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Milli Şuranın vahid namizədinin Seçki Qərargahının rəhbəri Həsən Kərimov bildirib.
Həsən Kərimov qeyd edib ki, 1 manat kampaniyası rayonlarda uğurla davam edir. Seçki kampaniyasına qədər davam edəcək. Yığılacaq pullar təbliğat materialların hazırlanmasına sərf olunacaq.