Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Mixail Qusman: "Azərbaycan iştirakla Antalya Diplomatik Forumunun əhəmiyyətini daha da artırdı"
Azərbaycan yüksəksəviyyəli iştirakla Antalya Diplomatik Forumunun (ADF) əhəmiyyətini daha da artırdı.
Oxu.Az xəbər verir ki, bu fikirləri "Report"un yerli bürosuna Türkiyədə keçirilən dördüncü Antalya Diplomatiya Forumuna qatılan TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman bildirib.
O deyib ki, ADF ildən-ilə daha da təkmilləşərək, dünyada baş verən əksər problemlərin həllinə toxunur:
"İlk növbədə onu deməliyəm ki, forumun bu ilki devizi - "Parçalanan dünyada diplomatiyaya yiyələnmək", qürur hissi doğurur. Onlarla dövlət başçılarının, yüzlərlə nazir və diplomatların, minlərlə diplomatiya sahəsində ixtisaslaşmış kadrların və eləcə də bu sahəyə maraq göstərən təhsilli gənclərin qatılması, dünyada həlli tələb olunan vacib məsələlərin gündəmə gətirilməsi bu tədbirin beynəlxalq əhəmiyyətini yüksəldir. Mən forumun açılışında Ərdoğanı diqqətlə dinlədim, dünyada baş verən bütün kritik məsələlərin hamısına toxundu ki, bunlar da çox vacib nüanslardır".
M.Qusman bu gün ADF-də keçirilən "Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar" başlıqlı platformada Azərbaycan, Gürcüstan və Ermənistan xarici işlər nazirlərinin iştirak edəcəyini vurğulayaraq bildirib ki, Qafqazda sülhün bərqərar olması üçün bu formatda görüşlərə çox ehtiyac var:
"Bu da onu deməyə əsas verir ki, günümüzdə həllini gözləyən nə qədər aktual məsələlərin burada səsləndirildiyini bir daha təsdiq edir".
"Cənubi Qafqaz" teqi üzrə xəbərlər
- Lavrov "3+3" formatında növbəti görüşlərin Bakı və İrəvanda keçirilməsini təklif edib
- Hikmət Hacıyev İranda keçirdiyi görüşlərlə bağlı paylaşımlar edib
- Prezidentin köməkçisi: "Həqiqətən, regionda sülh var, sabitlik var"
- Hikmət Hacıyev: "Bakı və İrəvan arasında münasibətlərin normallaşması ilə bağlı addımlar atılır"
- Terror üzərində möhtəşəm qələbə - "Kaspi"nin TƏHLİLİ