Moldova və Ukrayna Azərbaycanda prezident seçkisini müşahidə edəcək.
“Report”un məlumatına görə, Ukraynadan Ali Radanın vitse-spikeri Olena Kondratyuk, Moldovadan isə parlamentin hakim partiyadan deputatı Vitaliy Jakot müşahidəçi olacaq.
Hər iki müşahidəçi beynəlxalq statuslu monitorinq səviyyəsində fevralın yeddisində keçiriləcək növbədənkənar prezident seçkisini müşahidə və monitorinq edəcəklər.