Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Moldovalı deputat: "Biz seçkinin keçirilməsi ilə bağlı Azərbaycanın təcrübəsini öyrənə bilərik"
"Moldova seçkinin keçirilməsi məsələsində Azərbaycanın təcrübəsini öyrənə bilər".
"Report" xəbər verir ki, bunu Moldova parlamentinin üzvü Vitali Jakot deyib.
O qeyd edib ki, Azərbaycanda keçirilən seçkini artıq ikinci dəfədir müşahidə edir.
"Qeyd etmək istərdim ki, bu, mənim seçkidə iştirakla bağlı ikinci təcrübəmdir. Bundan əvvəl Azərbaycanda keçirilən prezident seçkisini izləmişəm. Seçki zamanı baş verən prosesləri, bütün incəlikləri və nüansları çox dərindən öyrənməyə çalışdım. Monitorinq zamanı həm infrastruktur məsələlərinə, həm də məntəqə daxilindəki ab-havaya diqqət yetirdim. Eyni zamanda məni seçicilərin məlumatlılığı da maraqlandırırdı", - bildirib.
Deputatın sözlərinə görə, seçki məntəqələrində səsvermə prosesi son dərəcə şəffaf keçib, seçicilər konstruktiv dialoqa açıq olublar.
"Hər şey çox yaxşı planlaşdırılmış və təşkil olunmuşdu. Deyə bilərəm ki, bu seçki ilə bağlı bütün gözləntilərim özünü doğrultdu", - V.Jakot vurğulayıb.