Bizim əsas istəyimiz Azərbaycanda ədalətli seçkilərin keçirilməsidir.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib.
Səfir hər bir Azərbaycan vətəndaşının prezident görmək istədiyi şəxsə səs verəcəyinə əmin olduqlarını bildirib:
“Biz azad və ədalətli seçkinin nədən ibarət olması ilə bağlı verdiyimiz bəyanatda da bildirmişik”.
Səfir müxalifət nümayəndələri ilə görüşlərə də toxunub:
“Düşünürəm ki, başqa ölkəni təmsil edən diplomat namizədlərlə görüşə və danışa bilər, lakin diplomatın hansısa namizədə xüsusi dəstək göstərməsi, onun üzərində dayanması mümkün deyil, biz də heç kimə xüsusi dəstək vermirik. Çünki bu proses Azərbaycan xalqının öz qərarı ilə həyata keçəcək”.