Hərbi ritorika kimin tərəfindən olursa olsun, münaqişənin sülh yolu ilə nizamlanmasına yardım etmir, əksinə onun həllini çətinləşdirir. Bu həmsədr ölkələrin ümumi mövqeyidir.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistanın İctimai Teleradio Şirkətinin sorğusuna cavab olaraq Rusiya XİN-in bəyanatında deyilib.
“Bununla əlaqədar olaraq xatırladırıq ki, Rusiya, ABŞ və Fransa prezidentlərinin keçən il Lox-Erne-də edilmiş bərabər bəyanatında, tərəflərin rəhbərlərinə xalqını müharibəyə deyil, sülhə hazırlamağa, münaqişənin alovlanmasına və gərginliyin artmasına səbəb olacaq hərəkət və bəyanatlardan çəkinməyə çağırış yer alıb.
Ümid edirik ki, bu yanaşma əksini tapacaq. Bununla əlaqədar olaraq Azərbaycan və Ermənistan prezidentləri arasında birbaşa dialoqun keçən il Vyanada danışdıqları kimi davam edəcəyinə ümid edirik”,- Rusiyanın XİN İnformasiya və Çap Departamentinin cavabında deyilir.