“Avropada İslam düşmənçiliyi dayanmır”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Twitter"də yazıb.
Onun sözlərinə görə, xain hücumlar İslam dinini və müqəddəs "Qurani Kərim"i gözdən sala bilməz: “Bu, ancaq həmin əməlləri törədənləri alçaldar. Əkilməsinə göz yumduğumuz nifrət toxumları bütün bəşəriyyəti zəhərləyəcək”.
Avrupa’da İslam düşmanlığı durmuyor!
— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) January 27, 2023
Alçak saldırılar yüce dinimiz İslam’ın ve Kutsal Kitabımızın kutsiyetini gölgeleyemez, ancak bunu yapanları ve buna izin verenleri alçaltır.
Ekilmesine göz yumduğunuz nefret tohumları tüm toplumunuzu zehirleyecek.