Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
MSK onun şikayətinə “YOX” dedi
Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına (MSK) daxil olan müraciətlərə baxılır.
Oxu.Az-ın məlumatına görə, bu barədə MSK-nın iclasında qurumun sədri Məzahir Pənahov bildirib.
MSK katibi Arifə Muxtarova 56 saylı Xaçmaz Kənd Seçki Dairəsi üzrə daxil olan müraciət barədə məlumat verib.
Müraciəti deputatlığa namizəd Zeyqan Hüseynov verib.
Qeyd olunub ki, müraciət araşdırılıb və müvafiq rəy verilib.
Şikayət verən şəxs bildirib ki, dairə üzrə seçkinin nəticəsinin mübahisələndirilməsinin tərəfdarı deyil.
“Şikayət edən tərəf qeyd edib ki, həmin seçki dairəsinin yalnız 7 saylı seçki məntəqəsində qanun pozuntusu olub. Hesab edir ki, 7 saylı seçki məntəqəsi üzrə nəticələr ləğv edilməlidir”, - deyə Arifə Muxtarova əlavə edib.
MSK-nın iclasında qərara alınıb ki, qanun pozuntularına dair tutarlı dəlillər yoxdur. Buna görə də müraciət edən şəxsin şikayəti təmin edilməyib.
Qeyd edək ki, 56 saylı Xaçmaz Kənd Seçki Dairəsinin lider namizədi Sevil Mikayılovadır.
Xatırladaq ki, MSK-nın fevralın 17-də keçirilən iclasında 34 saylı Xətai Seçki Dairəsinin 7 seçki məntəqəsinin də nəticələri etibarsız hesab olunmuşdu.
Aqşin Kərimov
"Milli Məclis" teqi üzrə xəbərlər
- Azərbaycanda nisyə mal alıb-satan sahibkarlar kredit tarixçəsinə dair məsuliyyətdən azad edilir
- Azərbaycanda aerodrom istismar edən dövlət orqanının fəaliyyəti üçün hüquqi əsas yaradılır
- Azərbaycanda təhlükə potensiallı obyektlərin siyahısı genişləndirilir
- Sahibkarlara şad xəbər: Yoxlamaların dayandırılmasının müddəti uzadılır
- Azərbaycanda valideynlərini itirmiş uşaqlara birdəfəlik pul vəsaiti konkret məbləğdə ödəniləcək