Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

MSK rəsmisi: “Bəzi namizədlər cəmiyyəti çaşdırırlar” - VİDEO
Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar bir neçə dairə üzrə daxil olan müraciətlərə baxılır.
Oxu.Az-ın məlumatına görə, MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, bəzi namizədlər cəmiyyəti çaşdıra biləcək fikirlər səsləndirirlər.
R.Qasımov deputatlığa namizədlərin MSK qarşısında keçirdiyi aksiyaya münasibət bildirərkən qeyd edib ki, müraciətlər dairə seçki komissiyalarına göndərilib.
Onun sözlərinə görə, bəzi namizədlərin MSK-nın iclasına dəvət edilməməsinin səbəbi müraciətlərin dairə seçki komissiyasına göndərilməsidir.
“Dairə seçki komissiyaları müvafiq qərar qəbul etdikdən sonra şikayət edən namizədləri MSK-nın iclasına dəvət edəcəyik”, - deyə o əlavə edib.
Qeyd edək ki, bir neçə namizəd MSK-nın iclası başlamamışdan öncə qurum qarşısında etirazlar səsləndiriblər.
Aqşin Kərimov
"Milli Məclis" teqi üzrə xəbərlər
- Milli Məclis Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı müraciətlər ünvanlayıb
- Pensiya kapitalından istifadə hansı imtiyazlara yol aça bilər?
- Pol Kelleri-Selbon: "Qvadelupdakı kommunikasiya vasitələri Fransanın əlindədir"
- Şahin İsmayılov: "Fransa Azərbaycana qarşı qarayaxma kampaniyası aparır"
- Azər Kərimli: "Fransanın neokolonializm siyasəti humanizmə qarşı elan olunmamış müharibədir"