Dekabrın 7-də Mərkəzi Seçki Komissiyasının Milli Məclisə seçkilərlə əlaqədar iclası keçiriləcək.
Oxu.Az-ın məlumatına görə, iclas dekabrın 7-si saat 14:00-da baş tutacaq.
Prezident İlham Əliyev dekabrın 5-də parlamentin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Milli Məclisin beşinci çağırışı buraxılıb.
Parlamentə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.
Aqşin Kərimov