Bu gün Azərbaycan Milli Məclisinə V çağırışda keçirilən seçkilərlə əlaqədar seçici fəallığı ilə bağlı yekun rəsmi məlumat açıqlanıb.
Oxu.Az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, saat 19:00-a da səsvermə başa çatıb
Respublika üzrə 2 milyon 897 min 188 seçici səs verib, seçici fəallığı 55,7 faiz olub.
Qeyd edək ki, ölkə üzrə ümumi seçicilərin sayı 5 milyon 198 min 658 nəfərdir.
15:34
Azərbaycan Milli Məclisinə bu gün keçirilən seçkilərin gedişi ilə bağlı növbəti rəsmi məlumat açıqlanıb.
Oxu.Az-ın xəbərinə görə, MSK İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, saat 15:00-a qədər olan məlumata görə, respublika üzrə 2 230 750 seçici səs verib, seçici fəallığı 42,9 faizdir.
Ölkə üzrə ümumi seçicilərin sayı 5 198 658 nəfərdir.
12:29
Azərbaycan Milli Məclisinə bu gün keçirilən seçkilərin gedişi ilə bağlı növbəti rəsmi məlumat açıqlanıb.
Oxu.Az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, saat 12:00-a qədər olan məlumata görə, respublika üzrə 1 468 205 seçici səs verib, bu, 28,2 faiz seçici fəallığı deməkdir.
Ölkə üzrə seçicilərin ümumi sayı 5 198 658 nəfərdir.
11:01
Azərbaycan Milli Məclisinə bu gün keçirilən seçkilərin gedişi ilə bağlı ilk rəsmi məlumat açıqlanıb.
Oxu.Az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyası İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, saat 10:00-a qədər olan məlumata görə, respublika üzrə 667 732 seçici səs verib.
Bu isə 12,8 faiz seçici fəallığı deməkdir.
Seçicilərin ümumi sayı isə 5 198 658 nəfərdir.