Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

MSK sədri: "Seçki günü baş verən neqativ hadisələrin sayı azalıb"
"Məntəqə daxilində məntəqənin işindən razı olmayan tərəflərə aidiyyəti şəxslərin münasibəti son 10-15 ilə nisbətən çox fərqlənir".
Oxu.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bələdiyyə seçkisinin nəticələri ilə bağlı keçirilən iclasında deyib.
O bildirib ki, bu istiqamətdə neqativ hadisələrin sayı azalıb:
"Çünki səsvermə günü məntəqələrdə seçiciyə mane olan heç bir addım atıla bilməz. İstər komissiya katibi, üzvü, məntəqə sədri namizədin özü və ya nümayəndəsi ilə danışanda yalnız Seçki Məcəlləsinin tələblərinə uyğun danışır və etirazlara da elmi prinsiplər üzərindən cavab verirlər".
Mərahim Nəsib
"Bələdiyyə seçkisi" teqi üzrə xəbərlər
- MSK bələdiyyə seçkisinin yekun protokolunu təsdiqləyib
- Bəzi seçki məntəqələrində səsvermənin nəticələri LƏĞV EDİLİB
- Məzahir Pənahov: "Bələdiyyə seçkisi ilə bağlı MSK-ya 43 şikayət daxil olub"
- Türkiyədə MARAQLI HADİSƏ: 20 il sürücü kimi çalışdığı qurumun sədri seçildi
- MSK-da bələdiyyə seçkisi ilə bağlı daxil olan müraciətlərə baxılıb