Sentyabrın 27-də Anım Günü münasibətilə müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti İkinci Şəhidlər xiyabanını ziyarət ediblər.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, əvvəlcə hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub, məzarları ziyarət edilərək üzərlərinə gül dəstələri düzülüb.
Sonda general-polkovnik Z.Həsənov və nazirliyin digər rəhbər heyəti şəhidlərin ailə üzvləri və yaxınları ilə görüşüb, onların qayğıları ilə maraqlanıblar.
Şəhid ailələrinin üzvləri xiyabanda aparılan yenidənqurma, abadlıq işləri, o cümlədən ziyarətçilər üçün yaradılan şəraitdən razılıqlarını ifadə ediblər. Şəhid məzarlarına hörmət və ehtiramla qulluq göstərildiyinə görə minnətdarlıqlarını bildiriblər.
08:49
Bu gün Vətən müharibəsinin ildönümü münasibətilə müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti İkinci Şəhidlər xiyabanını ziyarət ediblər.
“Report”un xəbərinə görə, hərbçilər ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edib, ruhlarına dualar oxuyublar.
Nazirliyin rəhbər heyəti şəhidlərimizin məzarlarını ziyarət edərək üzərlərinə gül dəstələri düzüb.
Daha çox şəkil burada: PhotoStock.az