Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) 2-ci sessiyasında vahid namizəd məsələsinə nöqtə qoyulub.
Oxu.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Milli Şuranın 84 üzvü arasında vahid namizədlə bağlı səsvermə keçirilib.
83 nəfər lehinə, 1 nəfər bitərəf olmaqla Rüstəm İbrahimbəyov müxalifətin bu il Azərbaycanda keçiriləcək prezident seçkilərində vahid namizədi oldu.