COP29-un prezidenti Muxtar Babayev Azərbaycanda səfərdə olan ATƏT-in baş katibi Helqa Mariya Şmid ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"ATƏT-in baş katibi Helqa Mariya Şmid ilə səmərəli görüş keçirilib. Görüşdə Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) baxışı müzakirə olunub", - paylaşımda qeyd edilib.
Fruitful meeting with OSCE Secretary General Helga Maria Schmid discussing Azerbaijan’s vision for #COP29 pic.twitter.com/r67HKKigN8
— COP29 AZ (@COP29_AZ) July 13, 2024