Prezident İlham Əliyev Natiq Rəsulzadəyə və Cavanşir Zeynallıya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Prezidentin fərdi təqaüdü Natiq Rəsul oğlu Rəsulzadəyə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə, Cavanşir Zeynallıya isə Azərbaycanda estrada musiqisinin inkişafında xidmətlərinə görə ayrılıb.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.