Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
NATO nümayəndələri Bakıya səfərə gəliblər
NATO nümayəndələri Bakıya səfər ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə "X" hesabında paylaşım edib.
Qeyd edilib ki, səfərin məqsədi Azərbaycanın NATO-nun Sülh naminə Tərəfdaşlıq Çərçivə Sənədinə qoşulmasının 30 illiyinə həsr olunan Akademik Konfransda iştirak etməkdir.
Səfər çərçivəsində NATO baş katibinin əməliyyatlar üzrə köməkçisinin müavini Burcu San rəhbərliyindəki NATO nümayəndələri, Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə ilə birgə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi polkovnik Elçin Abdullayevlə görüş keçiriblər.
Görüşdə Azərbaycan-NATO tərəfdaşlığı, gələcək əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Müzakirələr zamanı NATO-nun rəhbərlik etdiyi əməliyyatlara və müttəfiq ölkələrin enerji təhlükəsizliyinə verdiyi töhfələrə görə Azərbaycanın alyansın etibarlı tərəfdaşı olduğu qeyd edilib.
Representatives from @NATO are on a visit to Baku, #Azerbaijan to participate at the Academic Conference on the 30th Anniversary of Azerbaijan’s Joining NATO’s Partnership for Peace Programme.
— Jafar Huseynzada 🇦🇿 (@JafarHuseynzade) November 25, 2024
Within the framework of this visit, the representatives from NATO headed by the NATO… pic.twitter.com/CYedKpxDz4
"Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO)" teqi üzrə xəbərlər
- NATO Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib
- Mark Rütte: "4-5 ildən sonra ciddi problemlər yaşayacağıq"
- Slovakiyanın baş nazirindən iddia: "Zelenski mənə 500 milyon avro rüşvət təklif etdi"
- Putin: "Demək olar ki, bütün NATO ölkələri Rusiya ilə döyüşür"
- Zelenski NATO-ya üzvlüklə bağlı: Ukrayna alyansa daxil olarsa, hərbçilərinin sayını azaldacaq?