Naxçıvan Ali Məclisinə seçkilər keçiriləcək.
Oxu.Az-ın məlumatına görə, bununla bağlı Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.
Ali Məclisə seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.
Vasif Talıbovun sərəncamı Azərbaycan Prezidentinin dekabrın 5-də imzaladığı “Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” sərəncamına uyğun olaraq imzalanıb.
Aqşin Kərimov