Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Naxçıvan Mədəniyyət Nazirliyində kadr təyinatı olub
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi sistemində kadr dəyişiklikləri olub.
Qurumdan “Report”a bildirilib ki, muxtar respublikanın mədəniyyət nazirinin müavini Həsən Seyidovun müvafiq əmri ilə Şərur Rayon Mədəniyyət İdarəsinin müdiri Abbas Musayev vəzifədən azad olunub.
Nazirlik Aparatının İncəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin müdiri İman Alırzayev Şərur Rayon Mədəniyyət İdarəsinin müdiri vəzifəsinə gətirilib.
Digər əmrlə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının rejissoru, Prezident mükafatçısı Həcərxanım Məmmədova müddətli əmək müqaviləsi əsasında Naxçıvan Mədəniyyət Nazirliyi Aparatının İncəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin müdiri təyin olunub.
"Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi" teqi üzrə xəbərlər
- İsmayıllı Mədəniyyət Mərkəzində işçilərin ixtisar edilməsinin SƏBƏBİ BİLİNDİ
- "Şəhid övladlarının incəsənət akademiyası" layihəsinin bağlanış mərasimi keçirilib
- Beynəlxalq konfransın əcnəbi iştirakçıları Xudavəng monastırı ilə tanış olublar
- "Qordi düyünü"nə düşən inşaat - Tikintisi doqquz ildir ləngiyən Mədəniyyət Sarayı
- Korrupsiyaya görə işdən çıxarılan qadın məmur həbs edildi